Elnarə Xəlilova Xocalını belə yad edib - FOTO
Bizi izləyin

Magazin1

Elnarə Xəlilova Xocalını belə yad edib - FOTO

Azərbaycan tarixində dərin iz buraxan Xocalı soyqırımının 24-cü ildönümünü məşhurlar özünəməxsus formada yad edib.

Publika.az xəbər verir ki, bu günü kimi musiqiləri ilə, kimisi də sosial şəbəkələrdə paylaşdıqları statuslarla anıb. Tanınmış müğənni Elnarə Xəlilova şəhidlərimizin qanının yerdə qalmayacağını yazıb və həyat yoldaşı ilə birlikdə əsgər paltarında çəkilmiş foto paylaşıb.

Müğənninin statusunu təqdim edirik:

“O gün olsun, bax belə geyimdə torpaqlarımızı almağa gedək. Əslində, müharibə olmasını istəmirəm. Amma qanı hələ də yerdə qalan şəhidlərimizin qisasını almağı çox istərdim. Allah özü bilən məsləhətdir. Ancaq hər il Xocalı soyqırımı ərəfəsində kövrəlirəm”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm