Aybəniz Haşımova düşmənə səsləndi: “Kor olsa da…”
Bizi izləyin

Magazin1

Aybəniz Haşımova düşmənə səsləndi: “Kor olsa da…”

Əməkdar artist Aybəniz Haşımova Xocalı soyqırımını qəzəblə xatırlayıb.

Publika.az xəbər verir ki, sənətçi düşmənə nifrət və qəzəbini belə ifadə edib:

“26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin yerli sakinlərə tutduğu divanın - Xocalı soyqırımının növbəti ildönümüdür. Yüzlərlə uşaq, qoca, qadın və kişini acımadan qətlə yetirdilər. Dünya bu soyqırıma kor olsa da, məzlumların ahı yerdə qalmayacaq. Xocalıya ədalət istəyirik. Bir gün gələcək qələbə bizim olacaq. Buna inanıram. Haqq öz yerini tapmayana qədər biz öz haqqımızı qazanmaq ücün, əlimizdən gələni əsirgəməcəyik.

Allah Xocalıda şəhid olan bütün bacı və qardaşlarımıza rəhmət eləsin”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm