Aygün Kazımova: “Bir-birimizi çox istəyirdik”
Bizi izləyin

Magazin1

Aygün Kazımova: “Bir-birimizi çox istəyirdik”

Müğənni Aygün Kazımova dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın ölümündən kədərləndiyini bildirib.

Publika.az xəbər verir ki, sənətçi sosial şəbəkədə küsülü həmkarı ilə fotosunu paylaşıb və kədərini belə ifadə edib:

“İlhamə Quliyevanı həmişəlik itirdik. O, bu gün torpağa tapşırılır və haqq dərgahına qovuşur. Bütün yaşananlara baxmayaraq, onun ölüm xəbəri mənə çox pis təsir etdi. Vaxt vardı, bir-birimizi çox istəyirdik, hörmət edirdik. Kaş ki, son yaşananlar olmayaydı. Haqsızlığa dözümüm yoxdur, neyləyim... Şəhid bacısının fəryadına dözə bilmədim. İlhamə Quliyevaya bu gün torpağa tapşırılmadan öncə halallıq verirəm. İnanıram ki, keçmiş köməkçisi Mehriban Hüseynova da onu bağışlayar. Ədalət bərpa olar. Mehriban azadlığa çıxar, ailəsinə qovuşar. Allah böyükdür. Allah rəhmət eləsin”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm