İlhamə Quliyevanın vəkili: “Dedi ki, yoxlat, gör zəhər varmı...”
Bizi izləyin

Magazin1

İlhamə Quliyevanın vəkili: “Dedi ki, yoxlat, gör zəhər varmı...”

Xalq artisti İlhamə Quliyevanın vida mərasiminə qatılan vəkil Mehriban Məmmədova mərhum sənətkarla bağlı maraqlı faktlar açıqlayıb.

Publika.az xəbər verir ki, vəkil xalq artistinin ölümqabağı ona mürəbbə verdiyini bildirib:

“İlhamə xanım ölümündən bir müddət əvvəl mənə mürəbbə verdi və dedi ki, bunu ekspertizada yoxlat, gör içində zəhər varmı? Ölüm aman vermədi ki, bu işi axıra çatdıraq. Mütləq bu işi axıra çatdıracam. Əminliklə deyirəm ki, bu gün İlhamə xanımın ölümünün səbəbkarı keçmiş köməkçisi Mehribandır. İlhamənin erkən dünyadan köçməsinin, oğlunun anasız qalmasının səbəbkarı odur”.

İsa

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm