
“İlhamə xanımla bir neçə gün bundan əvvəl danışmışdıq. Mənə dedi ki, bütün taxt-tacımı sənə qoyuram. Sən buna layiqsən”.
Bu sözləri vida mərasimində əməkdar artist Röya Ayxan jurnalistlərə açıqlamasında deyib.
Müğənni, həmçinin, həmkarlarının bostanına da daş atıb:
“İlhamə xanımla kimin problemi olubsa, özləri bilər. Bu, məni maraqlandırmır. Amma mən deyirəm ki, İlhamə xanım böyük sənətkar idi. Allah ona rəhmət eləsin!”
İsa Şükürov
Cəvahir
Foto: Rəşad Abbasov