Heydər Əliyev Mərkəzində “Xocalı fəryadı”
Bizi izləyin

Magazin1

Heydər Əliyev Mərkəzində “Xocalı fəryadı”

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının iyirmi dördüncü ildönümünə həsr olunmuş “Xocalı fəryadı” adlı tədbir keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Yasamal rayonunda yerləşən Ağdam rayon 88 saylı və Şuşa şəhər 1 saylı köçkün tam orta məktəblərinin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbir Xocalı faciəsində həlak olmuş Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mərkəzin baş fond mühafizi Nigar Əlizadə 24 il öncə Azərbaycan xalqına qarşı törədilmiş qanlı, dəhşətli soyqırım həqiqətlərinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin verdiyi hüquqi-siyasi qiymətdən söz açıb.

Foyedə köçkün məktəblilərinin çəkdiyi Xocalı faciəsini əks etdirən şəkillərdən ibarət sərgi nümayiş olunub. Məktəbin şagirdləri şeir və mahnılar səsləndirib kompozisiya nümayiş ediblər.

Sonda “Xocalı harayı” adlı film nümayiş olunub

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm