Qəhrəman vətən oğullarının kino ömrü
Bizi izləyin

Magazin1

Qəhrəman vətən oğullarının kino ömrü

Füzuli Rüstəmov və Əliyar Əliyevin həyat və döyüş yolundan bəhs edən “Xocalının zamini” və “Pəhləvan komandir” sənədli filmlərinin təqdimatı olub.

Publika.az xəbər verir ki, ekran əsərləri dövlət sifarişi ilə “Yaddaş” sənədli filmlər studiyasında istehsal edilib.

Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan tədbirdə öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rejissor Nizami Abbas çıxış edərək Qarabağ döyüşləri və Milli Qəhrəmanlarla bağlı xatirələrini bölüşüb.

Sonra hər iki film nümayiş olunub. Filmlərdə Milli Qəhrəmanların keçdiyi şərəfli döyüş yolundan bəhs edən kadrlar nümayiş olunub, döyüşçü dostları və yaxınlarının fikirləri yer alıb. Filmlər hərbi məktəbin heyəti tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, “Pəhləvan komandir” filminin rejissoru Nizami Abbas, operatoru Üzeyir Abbas, “Xocalının zamini” filminin rejissoru isə Zamin Məmmədovdur.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm