Rəvan Habiloğlu “Üsyan” edəcək
Bizi izləyin

Magazin1

Rəvan Habiloğlu “Üsyan” edəcək

Xalq artisti, ustad sənətkar Habil Əliyevin oğlu, çoxdandır ki, sənət aləmində görünməyən istedadlı müğənni-bəstəkar Rəvan Habiloğlu yenidən şou-biznesin gündəmini alt-üst edəcək.

Publika.az-a açıqlama verən sənətçi nəhayət, pərəstişkarlarının intizarına son qoyacaq. Habiloğlu yaxın günlərdə “Üsyan” adlı möhtəşəm layihəsinin təqdimatını edəcək:

“Sözləri İkrama, musiqisi özümə məxsus olan “Üsyan” adlı layihəm artıq hazırdır, mahnının ekran versiyası da hazırlanacaq. Böyük bir layihə olduğu üçün təqdimatı da nəzərdə tutulub”.

Sənətçi əməkdar artist Eyyub Yaqubovla da işbirliyinə başlayıb.

Qeyd edək ki, bir vaxtlar şou-biznesin ən populyar sənətçilərindən sayılan Rəvan Habiloğlu inciyərək sənət aləmini tərk etmişdi.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm