.jpg)
Xalq artisti Flora Kərimova illərdir küsülü olduğu
mərhum həmkarı İlhamə Quliyevadan danışıb.
Publika.az-ın big.az-a istinadən xəbərinə görə,
"20 gün susacam, İlhamə Quliyeva haqqında danışmayacağam" deyən
F.Kərimova sözlərinə əməl etməyib. O, mərhum haqqında bunları
deyib:
"Mən İlhamənin, nə var idisə, hər şeyi üzünə demişəm. Arxasınca
danışmaq mənə yaraşmaz. Ancaq bir söz deyim, İlhamə o qədər
insanlara pislik edib ki, ölsə belə, adamın ona kini
soyumaz".
Qeyd edək ki, İ.Quliyeva fevralın 25-də dünyasını dəyişib.