İlhamə Quliyeva Nadir Qafarzadəyə nə deyib? - FOTO
Bizi izləyin

Magazin1

İlhamə Quliyeva Nadir Qafarzadəyə nə deyib? - FOTO

Müğənni Nadir Qafarzadə bir neçə gün öncə dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın məzarını bu gün ziyarət edib.

Publika.az-a açıqlama verən ifaçı bildirib ki, ölkədə olmadığına görə, mərhum sənətkarın dəfnində iştirak edə bilməyib:

“Şəxsi işlərimə görə ölkədən kənarda idim. Elə İlhamə xanımın da ölüm xəbərini Azərbaycandan kənarda eşitdim. Bu xəbər mənə də çox pis təsir etdi. Hələ də özümə gələ bilmirəm. İlhamə xanımın ölümünə inana bilmirəm. Ölməmişdən bir neçə gün öncə mənə zəng elədi və dedi ki, qayıt gəl, səni evimidə qonaq edəcəm. Amma görünür, qismət deyilmiş. Evinə gedə bilməsəm də, bu gün məzarına getdim, ona olan ürək sözlərimi də dedim. Söylədim ki, böyük sənətkar, məni bağışlayın ki, sizin dəfninizə gələ bilmədim... Yaxşı ki, məzarı önünə getdim və bir az da olsa mənən rahatlandım. Məzarın da özün kimi möhtəşəmdir. Allah o dünyasını versin, ruhu şad olsun”.

N.Qafarzadə İ.Quliyevanın ölümünə sevinənləri qınayıb:

“Ölünün arxasınca pis danışmazlar. Amma bəziləri nədənsə öz ölümlərini düşünmürlər. Sosial şəbəkədə neqativ şərhlər yazırlar. Əlbəttə ki, cahillər İlhamə Quliyevanın necə gözəl insan olduğunu anlaya bilməzlər. Çox təəssüf edirəm ki, insan ölümünə sevinirlər. Allah həmin insanlara kömək olsun. Çünki o insanlar bədbəxtdirlər”.

İsa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm