Dostu Oksananı pərt elədi
Bizi izləyin

Magazin1

Dostu Oksananı pərt elədi

Rəqqasə Oksana Rəsulova dostlarından danışıb.

Publika.az xəbər verir ki, rəqqasə həyatda 3 dostunun olduğunu bildirib: “Həyatda cəmi 3 rəqifəm var. Şou biznes nümayəndələrindən isə cəmi 1 nəfər. O da İlhamə Qasımovadır. Onunla dostlaşmağımın isə maraqlı tarixçəsi var. Bir neçə il əvvəl mənə zəng edib Hindistana getmək istədiyini bildirdi. O vaxtlar İlhaməni heç tanımırdım. Bir-iki dəfə verilişlərdə üz-üzə gəlmişdik. Münasibətimiz salam-sağol səviyyəsində idi. Beləcə, onunla birlikdə Hindistana yola düşdük. O vaxtdan dostluğumuz davam edir. İnsanı yolda tanımaq olur”.

Daha sonra rəqqasə rəfiqələrinin birinin xəyanətindən də söhbət açıb: “Elə şeylər olur ki, onu anaya demək olmur. Rəfiqəyə isə danışa bilirsən. Mənim də başıma belə hadisə gəlib. Rəfiqəmə danışdığımı o, anama deyib. Çox pərt olmuşdum. Pərt oldum ki, niyə anama mən yox, rəfiqəm danışdı. Gərək elə özüm danışardım. Amma rəfiqəmin hərəkəti də doğru deyildi”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm