• USD 1,7000 0,00% EUR 1,8808 -0,11%
    • GBP 2,1958 -0,09% RUB 0,0267 +0,37%

Sabir Ələsgərovla bağlı həkimlərin SON QƏRARI

  • Magazin1
  • 29 Fevral 2016 12:15
  • 1 850 Baxış
Sabir Ələsgərovla bağlı həkimlərin SON QƏRARI

1 saylı şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Azərbaycanın xalq artisti, qocaman diktor Sabir Ələsgərovun səhhətində irəliləyişlər var.

Bu barədə Publika.az-a diktorun qızı Mehriban Hüseynova məlumat verib.

Atasının hələ də reanimasiyada olduğunu deyən Mehriban xanım həkimlərin qərarını gözlədiklərini bildirib:

“Artıq analizlərin cavabı bəllidir. Həkimlər bu nəticələrə əsasən, atamın səhhətinin getdikcə yaxşılaşacağını deyiblər. Amma təzyiqi hələ də aşağıdır, özünü halsız hiss edir. Bir neçə gündür ki, yemək də yemir. Bu səbəbdən, həkimlər onun reanimasiyada qalmasına qərar verib. Palataya nə vaxt keçiriləcəyi bəlli deyil”.

Xalq artistinin qızı Sabir Ələsgərovun üzərində kiçik əməliyyat aparıldığını da əlavə edib:

“Atamın ömürlük dializə qoşulmaq təhlükəsi vardı. Lakin həkimlərin etdiyi kiçik əməliyyat nəticəsində bu problemdən qurtuldu. Səhhətində yaranan digər problemlər həll olunsa, hər şey yaxşı olacaq. Həkimlər sağ olsun, atama son dərəcə qayğı ilə yanaşırlar”.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR