Tolikdən Seymur Baycana təklif: "Heç bir başqa məqsədim yoxdur..."
Bizi izləyin

Magazin1

Tolikdən Seymur Baycana təklif: "Heç bir başqa məqsədim yoxdur..."

Prodüser Tolik yazar Seymur Baycana sponsorluq etməyə hazırdır. Bu barədə o, şəxsi “Instagram” hesabında yazıb:

“Baycanı şəxsən tanımıram. Amma 2 il öncə haqqımda böyük məqalə yazmışdı. O, yazısında məni həm tənqid etmişdi, həm də barəmdə yüksək fikirdə idi. Sənəti olan insanlar başqasının uğuruna sevinmir. Düşünür ki, 3 diplom sahibi, ali savadlı olmağına baxmayaraq, heç nəyi yoxdur. Amma dünən gəlib məşhur olan, heç bir universitet bitirməyən birininin maşını, evi, az da olsa, imkanı var. Amma bu, Allahın verdiyi ruzidir. İndi isə məqsədim var. Əgər Seymur bəy kitabının çap olunması üçün lazım olan məbləği açıqlasa, çalışacam onu maliyyələşdirim. Çünki onsuz da indiki imkanlı daydaylar kitab, kino, teatra deyil, müğənnilərə pul xərcləyir. Dost-tanışı bilsin ki, filankəsi filankəs saxlayır”.

Maraqlıdır, prodüser yazıçıya hansı məqsədlə sponsorluq etmək istəyir? Bəlkə Seymur Baycanın barəsində yazdığı tənqidə cavab olaraq, ona tərs şillə vurmaq niyyətindədir?

Publika.az-a açıqlamasında prodüser yazdıqlarında səmimi olduğunu bildirib. Onun sözlərinə görə, Seymur Baycan razı olarsa, ona dəstək olmağa hazırdır:

“Heç bir başqa məqsədim yoxdur. Sırf kömək etmək məqsədi ilə yazmışam. Lazim olan məbləği açıqlasın, həmin məbləği ödəyəcəm”.

Qeyd edək ki, yazıcı Seymur Baycan mətbuata açıqlama verərək, kitabının çap olunması üçün sponsor axtardığını bildirib.

İsa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm