Oksana Rəsulova: “Toydan əvvəl onunla...”
Bizi izləyin

Magazin1

Oksana Rəsulova: “Toydan əvvəl onunla...”

Rəqqasə Oksana Rəsulova bundan sonra ailə həyatı qurmayacaq.

Publika.az xəbər verir ki, o, ATV telekanalına açıqlamasında belə deyib:

“Artıq elə düşünürəm ki, qismətimdə ailə həyatı yoxdur. Çünki bu yaşıma qədər kişilərdən ancaq əzab, stress, depressiya, mənfi energetika gəlib. Düşünürəm ki, qadın üçün xoşbəxtlik onun övladıdır”.

3 dəfə ailə həyatı quran rəqqasə Elşad Xose ilə evləndiyinə peşimançılığına da eyham vurub:

“3 dəfə ailəli olmuşam. İlk evliliyim 1 il sürdü. 1 il ərzində onunla bəlkə də 2-3 ay birlikdə yaşamışam. Evliliyimiz dava-qırğınla keçib. İkinci evliliyim 4 ildən çox sürdü. Ondan ayrılandan sonra isə Elşad Xose ilə ailə qurdum. Onunla da evliliyimiz az sürdü. Amma Elşad ilə toy olmadan 2 il birlikdə yaşamışıq. Kəbin kəsdirmişdik. Sonradan münasibəti rəsmiləşdirdik. Elşada şərt qoydum ki, pis vərdişlərini tərgitməlidir. Ona demişdim ki, səni bu vərdişinə qısqanıram və başqası ilə bölüşmək istəmirəm. 2 il ərzində o dəyişdi. Pis vərdişlərini atdı, pis dostlarından uzaqlaşdı. Həmin iki il çətinliklərimiz çox olsa da, xoşbəxt idik. Düşünürəm, ailə qurmalı deyildik. Hər kəs bizdən toy gözləyirdi. Toydan əvvəlki ailə həyatım çox maraqlı olub. Toydan sonrakı pis olub”.

Rəqqasə reper ilə yaşadığı çətin günlərdən də söhbət açıb:

“Heç bir toya, tədbirə gedə bilmirdik. Çünki getdiyimiz yerə pul salmalı idik. Pul isə yox idi. Maşında gecələdiyimiz günlər olub. Böyüdüyüm ailədə qıtlıq çəkməmişəm. Amma yanımda sevdiyim insan olduğuna görə hər şeyə göz yumurdum. Sonradan Elşadın “İnsaf” adlı albomu çıxdı. Konsertləri çoxaldı. Yeni avtomobil aldıq. Yeni ev aldıq. Amma bu xoşbəxtlik toya qədər sürdü”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm