Bunu da gördük: Bakıda “Body Zorb” turnirindən FOTOLAR
Bizi izləyin

Magazin1

Bunu da gördük: Bakıda “Body Zorb” turnirindən FOTOLAR

Azərbaycanda ilk dəfə olaraq “Body Zorb” turniri baş tutub.

Publika.az xəbər verir ki, turnir idman günü münasibətilə təşkil edilib. Tədbir Qaradağ Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi və “Bos Şelf” şirkətinin dəstəyi ilə həyata keçirilib.

Qeyd edək ki, turnirdə 10 komanda yarışıb. Hər komanda 5 nəfərdən ibarət olub. Yarışda iştirak edən 1, 2 və 3-cü yerlərin sahibləri mükafatlandırılıb. Belə ki, turnirdə 1-ci yeri “Young Boys”, 2-ci yeri “Qalatasaray”, 3-cu yeri isə “Sahil” komandası qazanıb. Birinci yerin sahibinə "Kebab express"dən pulsuz şam yeməyi, “Rox” energetik içkiləri və kubok medalları təqdim olunub. İkinci və üçüncü yerin sahiblərinə isə “Rox Adrenaline” klubundan endirim kuponları təqdim olunub.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm