Bunu edən Firadan hədiyyə qazanacaq
Bizi izləyin

Magazin1

Bunu edən Firadan hədiyyə qazanacaq

“Tezdən oyan” verilişi çoxdan hazırladığı rubrikaya start verib.

Publika.az-a açıqlama verən teleaparıcı Fira bildirib ki, artıq “Yol yoldaşım” rubrikasının bir çəkilişi həyata keçib. Qaliblərimiz olub və hədiyyələrini qazanıb:

“Hər həftənin şənbə günü hər hansı məşhur sima ilə şəhərin müxtəlif istiqamətində yerləşən yaşayış binalarına yollanırıq. İstənilən qapını döyə bilərik. Çəkiliş heyəti ilə evə daxil oluruq. Əgər evdə televizor LİDER kanalına köklənibsə, həmin ailə sponsorlardan hədiyyə qazanacaqlar. Odur ki, tamaşaçılar LİDER-ə baxsın. İstənilən gün onların qonağı ola bilərik”.

Qeyd edək ki, “Yol yoldaşım” rubrikasının ilk məşhur qonağı müğənni Əhməd Mustafayev olub.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm