Xalq artisti həmkarlarına səsləndi: “Qocalmamışam…”
Bizi izləyin

Magazin1

Xalq artisti həmkarlarına səsləndi: “Qocalmamışam…”

Xalq artisti Səməd Səmədov onu qoca hesab edən həmkarlarına səslənib.

Publika.az-a danışan sənətçi onlara ismarış yollayaraq hələ uzun müddət səhnədə olacağını bəyan edib: “Mən ömrü boyu səhnədə olmuşam və indən belə hələ uzun müddət səhnədə olacam. Hər il dinləyicilərimə hitlər təqdim edirəm. O mahnıların hamısı hitə çevrilir. Bəzən həmkarlarım mənə söz atır ki, Səməd qocalıb, səhnədən getməlidir. Xeyr, Səməd qocalmayıb, o həmişə formadadır”.

Sənətçi formada qalmasına görə özünü idmana borclu sayıb: “Hər gün səhər saat 6-da yuxudan durub idmanla məşğul oluram. Qaçıram, piyada gəzirəm, hovuzda üzürəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm