Cəbhədə baş verənlər məşhurları ayağa qaldırdı
Bizi izləyin

Magazin1

Cəbhədə baş verənlər məşhurları ayağa qaldırdı

Cəbhə xəttində vəziyyətin gərginləşməsi, verdiyimiz sənətçilərimizi narahat edib.

Publika.az xəbər verir ki, tanınmışlar sosial şəbəkələrdə şəhid olmuş əsgərlərimizin ailələrinə başsağlığı veriblər.

Yazılan fikirləri təqdim edirik:

Xalq artisti Aygün Kazımova: “Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin”.

Xalq artisti Firəngiz Mütəllimova: Allah şəhidlərimizə rəhmət eləsin. Vətən canımızdır, canımız!

Əməkdar artist Aybəniz Haşımova: "Qurban olum tökülən qanınıza, şəhidlər!"

Natəvan Həbibi: “Allahım, əsgərlərimizi qoru! İnşallah, Azərbaycan bayrağını Qarabağdan asacağıq. Az qalıb, Azərbaycan”.

İlkin Həsəni: “Bu gün bizə qürur və sevinc hissini yaşadan bütün əsgərlər və zabitlər qarşısında baş əyirəm! Şəhid olmuş 12 əsgərimizə isə Allah rəhmət eləsin deyib ailələrinə səbr diləyirəm. Vətən sağ olsun".

Zemfira İbrahimova: “Ay aman... Allah əsgərlərimizə rəhmət etsin. Allahım, əsgərlərimizə kömək ol”.

Sevda Yəhyayeva: “Allah Azərbaycan əsgərini qorusun”.

Oksana Rəsulova: “Allah şəhidlərimizə rəhmət eləsin! Yaşasın, Azərbaycan!”

Xatirə: “Allahım, özün kömək ol, analar ağlamasın!

Gülyaz Məmmədova: “Allah şəhidlərimizə rəhmət eləsin. Vətənimi qoru, Allahım!”

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm