Eldar Qasımov: “Özümüzə aid olan torpaqları geri qaytarmaq istəyirik”
Bizi izləyin

Magazin1

Eldar Qasımov: “Özümüzə aid olan torpaqları geri qaytarmaq istəyirik”

“Eurovision 2011”-in qalibi Eldar Qasımov “Karabakh is Azerbaijan” kampaniyasına qoşulub.

Publika.az xəbər verir ki, cəbhədə baş verən atışmaya münasibət bildirən ifaçı sosial şəbəkədə bunları yazıb: “Özümü həmişə dünya vətəndaşı kimi hiss eləmişəm. Hər ölkədə özümə aid olan bir şey tapmışam və onlar mənim evim kimi olub. Tarixi köklərim azərbaycanlıdır və mən bununla fəxr edirəm. Ölkəmin hər hansı bir yerindən “müharibə” sözü eşidəndə bütün cismim ağlayır.

Biz başqa ölkə uğrunda savaşmırıq, niyyətimiz digər millətləri alçatmaq deyil. Sadəcə, özümüzə aid olan torpaqları, gözəllik və möhtəşəmliyi geri qaytarmaq istəyirik. Dünyada olan başqa insanlar kimi sülh şəraitində yaşamaq istəyirik”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm