Aygün Kazımova: “Səngərə dönməyə hazıram”
Bizi izləyin

Magazin1

Aygün Kazımova: “Səngərə dönməyə hazıram”

Azərbaycanın xalq artisti Aygün Kazımova cəbhədə yaşananlara münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, müğənni şəhidlərin ailələrinə başsağlığı verərək səngərə dönməyə hazır olduğunu bildirib: "Allahım, sən bizim əsgərlərimizi, məmləkətimizi qoru. Son bir neçə gün ərzində Azərbaycanın igid oğulları şəhid oldu. Allah onlara rəhmət eləsin. Ailələrinə və Azərbaycanıma başsağlığı verirəm. Buna baxmayaraq, ərənlərimiz igidlik nümayiş etdirib. Bir neçə kəndi geri qaytarıb.

Vətən anadır. Vətən mənim özümdür! Onsuz heç kiməm! Onsuz heç nəyəm! Cənab prezident,sizinləyik! Ali Baş Komandanın əmrini gözləyirəm! Mən Qarabağ döyüşlərində səngərdə olan Azərbaycan qızıyam! Səngərə yollanan ilk azərbaycanlı müğənniyəm. Avtomat çiynimdə olan Azərbaycan qızıyam! Yenidən səngərə dönməyə hər an hazıram!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm