Xoşqədəm Hidayətqızı: “Sizə gələn güllələr...”
Bizi izləyin

Magazin1

Xoşqədəm Hidayətqızı: “Sizə gələn güllələr...”

Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı cəbhədə baş verən hadisələrə biganə qalmayıb.

Publika.az xəbər verir ki, tanınmış aparıcı cəbhədə döyüşən əsgərlərə dəstək olduğunu yazıb: “Dostlar, bu nərgiz gülünü keçən il Toğanadan gətirib, bağımızda əkmişdim. Bu gül Ağdərədə – evimizin qarşısındakı təpədə bitərdi. Son günlər Bakıda ayrı qaldığım üçün çox kədərlənmişdim, amma cəbhədən aldığımız xoş xəbərlər, ordumuzun qəhrəmanlığı məndə o qədər inam yaradıb ki, çox qısa zamanda Ağdərəyə qayıdacağımızı və həmin gülün ətrini yenidən qoxlaya biləcəyimi hiss edirəm. Əsgərlərimizə canım qurban, bizi arzularımıza çatdırırlar. Allah sizi qorusun! Sizə gələn güllələr mənim ürəyimə gəlsin!”

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm