Aybəniz Haşımova: “Əlinizi torpaqlarımızdan çəkin” – VİDEO
Bizi izləyin

Magazin1

Aybəniz Haşımova: “Əlinizi torpaqlarımızdan çəkin” – VİDEO

Rəşid Behbudov adına Mahnı Teatrında cəbhədə qələbə qazanan Azərbaycan ordusuna dəstək məqsədilə tədbir keçirilib.

Publika.az xəbər verir ki, mərasimdə ilk olaraq vətən uğrunda şəhid olan Azərbaycan oğullarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə əməkdar artistlər İlqar Muradov, İlhamə Qasımova, Loğman Kərimov, Aybəniz Haşımova, Əli Tapdıqoğlu və başqaları iştirak ediblər.

Həyat yoldaşı Qarabağ döyüşlərində həlak olan əməkdar artist Aybəniz Haşımova da çıxış edib. Sənətçi çıxışında bildirib ki, ermənilər tördətdiyi vəhşiliklərin cəzasını çəkməlidir: “Ermənilər murdar əlini bizim torpaqlarımızdan birdəfəlik çəkməlidir. Əlbəttə ki, biz heç kimi öldürmək, qırmaq istəmirik, lakin onlar özləri torpaqlarımızı işğal eləməklə bizi buna məcbur edirlər! Əlimizin murdar erməni qanına bulaşmasına özləri məcbur edirlər!”

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm