Məşhurlar əsgərləri belə ruhlandırdı
Bizi izləyin

Magazin1

Məşhurlar əsgərləri belə ruhlandırdı

Cəbhə bölgəsindəki gərgin döyüşlər, qələbə xəbərləri insanların milli ruhunu yüksəldib.

Hər kəs kimi sənət adamları da igid döyüşçülərimizi ruhlandırır, onlara bu şərəfli missiyalarını yerinə yetirməkdə dəstək olur.

Publika.az xəbər verir ki, sənətçilərimiz sosial şəbəkədə əsgərlərimizi belə ruhlandırıb.

Səslənən fikirləri təqdim edirik:

Xalq artisti Nazpəri Dostəliyeva: “Vətəni sevmək azdır, onu qorumaq gərək. Vətənim demək azdır, Vətənin olmaq gərək. Ulu Tanrım Azərbaycan xalqına yar olsun. Şəhidlərimizə Allah rəhmət etsin, igid əsgərlərimiz qələbə xəbərini gətirsin. Analarımızın üzü gülsün”.

Əməkdar artist Tünzalə Ağayeva: “Canlarımız, igid oğullarımız, Allah sizi daim qorusun. Allah sizə güc versin, yolunuz açıq olsun, İgid övladı olan Vətən basılmaz. Şəhidlərimizin qanı yerdə qalmayacaq, inşallah”.

Samir Piriyev:

Qafqazlardan aşacağıq,

Türklüyə can atacağıq,

Azərbaycan bayrağını,

Qarabağda asacağıq.

Lətifə Soyuöz: “Allah ordumuza, millətimizə kömək olsun. Aslan əsgərlərimiz. Dualarımız, ürəyimiz cəbhədədir. Vətənimizi, burda yaşayan körpələrimizi, yaşlılarımızı qorumağa hər birimiz hazırıq.

Şəhidlərimizin, Xocalı, Kəlbəcər, Laçın, Füzuli, Şuşa və minlərlə günahsız insanın qanı yerdə qalmayacaq. Bu amansız müharibə başlayanda çoxlarımız uşaq idik. Amma vətənsizlikdən, həsrətdən ölən nənə, babamın, qohumlarımın o çarəsiz baxışları gözümüzün önündən getmir. O insanların heç birinin qanı yerdə qalmayacaq”.

Xəyyam Nisanov: “Qələbədir bizim yol. Bu yoldan dönmərik”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm