• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Röyanın keçmiş ərindən İLGİNC XƏBƏR

  • Magazin1
  • 7 Aprel 2016 14:15
  • 2 665 Baxış
Röyanın keçmiş ərindən İLGİNC XƏBƏR

Əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov Azərbaycanda fəaliyyət göstərən banklardan birini məhkəməyə verib.

Publika.az xəbər verir ki, iş adamı bankı onun və yaxınlarının hesabından pul oğurlamaqda ittiham edib. Bu barədə o, “İnstagram”da məlumat verib:

“Bank Standartda” mənə və yaxın qohumlarıma məxsus bank hesablarından bizim razılığımız olmadan külli miqdarda (milyonlarla) pul vəsaitinin başqa şəxslərin hesabına köçürülməsi halları baş verib. Bizim razılığımız olmadan hesabımızdakı pullardan kimlərin istifadə etməsi və külli miqdarda pul vəsaitlərinin kimlərin hesabına köçürülməsi barədə məsələlərin aydınlaşdırılması üçün Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm. Məhkəmənin qətnaməsi ilə bizim iddia tələblərimiz təmin edilmişdi.

Lakin Bakı Apellyasiya Məhkəməsinin 02.03.2016-cı il tarixli qərarı ilə, Səbail rayon Məhkəməsinin qətnaməsi əsassız olaraq ləgv edilmişdir. Beləcə bankın bizə məxsus hesablarda olan pul vəsaitlərindən qanunsuz olaraq istifadə etməsi halları ört-basdır olunub”.

Cəvahir

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR