• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Xatirəylə Tolik: “Evdə oturub kişilikdən dəm vururlar”

  • Magazin1
  • 7 Aprel 2016 17:45
  • 1 034 Baxış
Xatirəylə Tolik: “Evdə oturub kişilikdən dəm vururlar”

“Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov cəbhə bölgəsinə gedən və sosial şəbəkədə fotolarını paylaşan sənət adamlarını tənqid edib.

Publika.az xəbər verir ki, prodüser “İnstagram”da şou-biznes əhlinin cəbhəyə getməklə özlərini reklam etdiyini qeyd edib: “Bu günlərdə bizləri bir çox həmvətənlərimiz, igidlərimiz, qəhrəmanlarımız ruhlandırdı. Yüz faiz qələbələrə əmin və zamin etdi. Amma fürsətdən istifadə edərək bəzi gədə-güdələr, alçaqlar, səviyyəsizlər (qeyd: müğənni, prodüser, jurnalist, siyasətçi, telekanal əməkdaşı və s.) özlərini reklam etməklə ifrat hissi oyatdı. Min şükür ki, kişilər “o” birilərdən çoxdur. Var ol Azərbaycan, var ol cənab Ali Baş Komandan, var ol cənab müdafiə naziri, var ol Azərbaycan zabiti və əsgəri”.

Prodüserin bu sözləri yaxın günlərdə cəbhə bölgəsinə yollanan müğənni Xatirə İslamı əsəbləşdirib: “Bu yazını gördüm və həyatı boyu inanmıram ki, bunu Müşfiq yazıb. Başa düşmədim insanların şəhid evlərinə, yaralılara baş çəkməsi niyə Müşfiqə pis təsir edib ki? Bəlkə bir az getməyə gecikib deyə əsəbidir. Vallah, bilsəydim təklif edərdim birlikdə gedərdik. Ay Müşfiq, sənət adamlarının oralara qədər gedib çıxması və bunun “İnstagram”a verilməsi nə qədər oğullarımızda ruh yüksəkliyi yaratdı bilirsən? Bu paxıllığa son qoyun, bəsdirin. Bircə onu bilirəm ki, mən getdim və sonra bütün millət ayağa qalxdı. Bəli, kişilərimiz çoxdur, amma səni Tərtərdə görmədim. Gördüm, sən getmirsən, mən getdim də, bunun nəyi pisdir? Müğənniləri, prodüserləri pisləmək sənə yaraşmaz. Əzizim, ssenarində bir dəfə müğənniləri parodiya etmə, onları ələ salıb xalqa güldürmə. Görüm onda zalı doldura bilirsən? Kişi nədir, qadın nədir? Bu nə cinsiyyət söhbətləridir edirsiniz? Yığışın gedin yas mərasimlərində iştirak edin. Artıq-əskik danışmayın, düşməni güldürməyin. Sözlərim xoşuna gəlməsə, yığarsan daha ətraflı başa salaram. Hörmətlə, Xatirədən “Bu şəhərdə” Müşfiq Abbasova”.

Prodüser Tarix Əliyev də M.Abbasovu qınayıb: “Bunu Müşviq yazıbsa, məncə, böyük səhv edib. Belə baxsan Müşfiqdən çox əsgər yanına getmişik, yardımlar da etmişəm. Hələ bu günə qədər heç bir yardım kampaniyasında nə Müşfiqi, nə də komandasını görmüşəm. Konsert verib, cibini doldurmaqla deyil, sən də belə yaxşı “kişisən”... Özün yazdığın kimi “o” dediklərin səndən yaxşı oldu getdi. Tərtər əsgərləri də onu səndən yaxşı qəbul etdi. Ən əsas da bunu etdi. Yaxşı ki, bunların yanında eyib işimiz yoxdur, özləri evdə oturub kişilikdən dəm vururlar. Edənləri də bəyənmirlər. Kişilikdən danışanlar, bəlkə əyninizə hərbi forma geyinib, könüllü gedəsiniz”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan cəbhə xəttində baş verən hadisələrlə əlaqədar Tarix Əliyev, Nadir Qafarzadə, Elton Hüseynəliyev, Xatirə İslam, Manaf Ağayev, Aysel Əlizadə, Sevil Səfərova, Zemfira İbrahimova, rəqqasə Fatimə Fətəliyeva Tərtərə getmişdilər.

Cəvahir

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR