Emin Sabitoğlunun qızı: “Bu, məni qürurlandırır” - FOTOLAR
Bizi izləyin

Magazin1

Emin Sabitoğlunun qızı: “Bu, məni qürurlandırır” - FOTOLAR

Dünən Heydər Əliyev Sarayında "Xalq artisti, bəstəkar Emin Sabitoğlunun musiqi dünyası" adlı konsert proqramı keçirilib.

Konsertin açılışında bildirilib ki, son günlər cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar Heydər Əliyev Sarayına və Sarayın sosial şəbəkədəki ünvanına aprelin 7-də “Emin Sabitoğlunun musiqi dünyası” adlı konsertin keçirilib-keçirilməyəcəyi haqqında çoxsaylı zənglər və suallar ünvanlanıb. Lakin sonda konsertin keçirilməsinə, “Emin Sabitoğlunun musiqi dünyası” adlı konsertin bilet satışından əldə olunan vəsaitin bir qisminin isə Silahlı Qüvvələrin Yardım Fonduna köçürülməso barədə qərar verilib.

Publika.az xəbər verir ki, gecədə Respublikanın xalq artistləri Flora Kərimova, Aygün Bayramova, Könül Xasıyeva, Ənvər Sadıqov, Heydər Anatollu, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Respublikanın əməkdar artistləri Mətanət İsgəndərli, Aygün Bəylər, Aşıq Samirə, populyar müğənnilər Natəvan Həbibi, “Şeron” vokal qrupu, Günay İbrahimli, Xatirə İslam, Gülay Zeynallı, Mirkamil Kamilov və Elçin Cəfərov bəstəkarın Azərbaycan musiqi tarixində böyük iz qoyan nəğmələrini oxuyub, gələn qonaqlara unudulmaz musiqi gecəsi yaşadıblar.

Konsertdə mərhumun yeganə övladı - qızı Ceyran Mahmudova da iştirak edib. Ceyran Mahmudova konsertlə bağlı təəssüratlarını bizimlə bölüşüb. O, atasının xatirəsinə belə bir konsert təşkil olunmasından məmnunluğunu ifadə edib: "Bu günki konsertdə atamın mahnılarını gənc nəslin nümayəndələri ifa edirlər. Bu mənim üçün əlbəttə ki, çox sevindirici haldır, yeni nəslin atamın mahnılarına müraciət etməsi məni qürurlandırır. Gördüyünüz kimi konsert salonu tamaşaçılarla doludur. Atamın 60 illiyi keçiriləndə də zal tamaşaçılarla dolu idi. Çünki onun musiqilərinə istənilən dövrdə ehtiyac var. Heydər Əliyev Sarayının rəhbərliyinə və burada çıxış edən müğənnilərə hər kəsə belə gözəl musiqi gecəsi yaşatdığı üçün böyük minnətdarlığımı çatdırıram”.

Məşhur bəstəkarın bacısı Gültəkin Əzizova Emin müəllimin nəğmələrinin onun unudulmasına imkan verməcəyini ifadə edib: “Gənc ifaçılar qardaşımın mahnılarını çox gözəl ifa etdilər. Buna görə onların hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm