“Eurovision” təmsilçimizin çıxış vaxtı açıqlandı
Bizi izləyin

Magazin1

“Eurovision” təmsilçimizin çıxış vaxtı açıqlandı

İsveçin paytaxtı Stokholmda baş tutacaq “Eurovision 2016” mahnı müsabiqəsində ölkələrin çıxış sıralaması təqdim edilib.

Publika.az xəbər verir ki, bu barədə yarışmanın rəsmi internet saytında yazılıb. Belə ki, yarışmanın ilk günü – mayın 10-da səhnəyə ilk Finlandiya təmsilçisi çıxacaq. Mayın 12-də baş tutacaq ikinci yarımfinalda səhnədə sonuncu mahnını Belçika təmsilçisi oxuyacaq.

Azərbaycan təmsilçisi Səmra Rəhimli isə birinci yarımfinal günü 14-cü sırada səhnəyə çıxacaq.

Finala birbaşa vəsiqə qazanan ölkələr isə Fransa, İtaliya, Almaniya, İspaniya, İsveç və Böyük Britaniyadır.

Təmsilçimiz “Eurovision 2016”da “Miracle” mahnısını səsləndirəcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm