Mələykə Əsədova ən dəbli aktrisa seçildi - FOTOLAR
Bizi izləyin

Magazin1

Mələykə Əsədova ən dəbli aktrisa seçildi - FOTOLAR

Bu gün Bakıda dünyanın onlarla ölkəsində təşkil olunan "Most Fashionable Awards" 2016 beynəlxalq mükafatladırılma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tədbirin açılışında əvvəlcə Azərbaycan Respublikasının himni səslənib, daha sonra cəbhə bölgəsində işğal olunmuş torpaqlarımız uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan əsgərlər 1 dəqiqəlik sükutla yad edilib.

Gecənin aparıcıları Samir Bayramlı və “Best Model of Azerbaijan 2014” titulunun sahibi, eyni zamanda TV 8 də yayımlanan “İştə benim stilim” layihəsindən tanıdığınız Sima Şərafətdinova olub.

"Most Fashionable Awards Ceremony" beynəlxalq mükafatladırılma mərasimində bir çox tanınmışlar iştirak edib. Layihədə namizədlər arasında müğənnilər, aparıcılar, aktyorlar, dizaynerlərlə yanaşı, idmançılar, stilstlər, iş adamları, modellər, müxtəlif biznes sektorunun nümayəndələri yer alıb.

Layihədə qalib gələnlər diplomla mükafatlandırılıb. “Ən dəbli aktrisa” nominasiyasında Mələykə Əsədova qalib gəlib. Sevilən aktrisa ona səs verən hər kəsə təşəkkürünü bildirib: “Məni səs verib qalib edən hər kəsə böyük minnətdarlığını bildirirəm. Lakin onu da qeyd etməliyəm ki, aktrisa ilk növbədə istedadlı olmalıdır. Nə vaxtsa dəbdən düşə bilərsən, istedadlı insan isə heç zaman dəbdən düşmür".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm