“Vəhşi mələk”-in qəhrəmanına araqçın hədiyyə olundu – FOTOLAR
Bizi izləyin

Magazin1

“Vəhşi mələk”-in qəhrəmanına araqçın hədiyyə olundu – FOTOLAR

Vəhşi mələyin qəhrəmanı azərbaycanlı pərəstişkarları ilə görüşüb.

Publika.az xəbər verir ki, ANS radiosunun DJ-i Anar, eləcə də gənc rəssam M.Məhərrəmov pərəstişkarı olduqları uruqvaylı müğənni və aktrisa Nataliya Oreyro ilə Moskva səfəri zamanı görüşməyə müvəffəq olublar. Həmyerlilərimiz məşhur müğənni ilə görüşə əliboş getməyib, ona Azərbaycanın milli geyimi olan araqçın, sənətçinin portretini və şüşədən hazırladığı boyunbağı hədiyyə ediblər. Onlar ulduzla çəkdirdikləri şəkilləri “Natalia Oreiro Azerbaycan official” fan-klubunun səhifəsində paylaşıblar.

M.Məhərrəmov gənc rəssam, həmçinin “Natalia Oreiro Azerbaycan official” fan-klubunun rəhbəridir.

“Vəhşi mələk”, “Varlılar və məşhurlar” seriallarındakı obrazları ilə sevilən sənətçi bu yaxınlarda Azərbaycana gəlmək istədiyini bildirmişdi.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm