Xalq artisti: “Məni hər obrazda görüblər, amma…”
Bizi izləyin

Magazin1

Xalq artisti: “Məni hər obrazda görüblər, amma…”

Xalq artisti Aygün Kazımova imicində qeyri-adi dəyişiklik edəcək.

Axşam.az-ın məlumatına görə, müğənni “Star life” verilişinə açıqlamasında hər kəsi təəccübləndirəcəyini iddia edib: “Çox gözlənilməz bir fotosessiya olacaq. Növbəti mahnımla əlaqədardır. Məni hər obrazda görüblər, amma belə yox. Özüm də o layihənin təqdimatını səbirsizliklə gözləyirəm. Maraqlıdır ki, sevənlərim bu cür Aygünə necə reaksiya verəcəklər”.

A.Kazımova mahnılarını heç kimə həsr etmədiyini söyləyib: “Hələ mahnı sözləri yazmıram. Ona görə də oxuduğum sözlər mənə aid deyil. Bəstəkar bilir kimə yazır. Müğənninin imicini, tərzini nəzərə alır. Sıradan mahnılar mənə yapışmır. Seçəndə səhnədə obraz yarada biləcəyim, maraqlı mahnılar seçirəm. Ona görə də mahnılarım dinləyicilərə atmacalı gəlir. Bir yeni mahnım var, adı “Orasına-burasına”dır. Amma dinləyəndə deyəcəklər ki, ad hara, mahnı hara”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm