Həyat yoldaşı məşhur aparıcıya qadağa qoyurmu?
Bizi izləyin

Magazin1

Həyat yoldaşı məşhur aparıcıya qadağa qoyurmu?

“İncilər”, “Şarm” kimi baxımlı verilişlərin aparıcısı Samirə Rüstəmova geyim məsələsində həyat yoldaşının ona heç bir qadağa qoymadığını bildirib.

Publika.az xəbər verir ki, tədbirlərin birində kameralara poz verən cütlük bu barədə aralarında heç vaxt mübahisə düşmədiyini söyləyib: “Həyat yoldaşım bilir ki, çərçivəni aşmıram, onsuz da çox açıq-saçıq geyimlər mənim tərzim deyil. Bu səbəbdən nəyəsə qadağa qoymağa ehtiyac olmur”.

Aparıcının sözlərinə görə, dəb yeniliklərini sınaqdan keçirməyi xoşlayır: “Dəb sahəsində baş verən bütün yenilikləri yaxından izləyirəm, xarici ulduzların geyimlərini çox müşahidə edirəm. Ümumiyyətlə, uzun müddət dəb, qadın, gözəlliklə bağlı verilişlər apardığıma görə bu barədə böyük təcrübəm var. Xanımlara hər zaman gözəl görünməyi, baxımlı olmağı məsləhət görürəm, amma özüm verdiyim məsləhətlərin çox az hissəsinə əməl edirəm. Çünki buna vaxtım olmur”.

Aytən

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm