Aygün Kazımova: “Xətdə qalın” – VİDEO
Bizi izləyin

Magazin1

Aygün Kazımova: “Xətdə qalın” – VİDEO

Azərbaycanın xalq artisti Aygün Kazımova vətənpərvər ruhda olan növbəti layihəsini təqdim edib.

Publika.az xəbər verir ki, müğənni “Əsgər marşı”nı ifa edib. Xalq artisti açıqlamasında marşın sözlərinin Cəlal Qurbanova, musiqisi və aranjemanının isə Yaşar Baxışa aid olduğunu deyib: “Vətənpərvər ruhda olan mahnılarımın əksəriyyətinin müəllifi dostum Cəlal Qurbanovdur. Yaşar Baxış ilə məni uzun illərin yaradıcı yolları bağlayır. Marşı vətənpərvər mahnıların peşəkar ifaçısı Şəmistan Əlizamanlıya da təqdim etmişik. O da ifa edib. Onun ifasında da “Əsgər marşı” çox uğurlu alınıb”.

Aygün Kazımova bu ruhda olan layihəsinin ardının gələcəyini açıqlayıb: “Bütün əyləncə ruhlu layihələrimi dayandırmışam. Fikrim əsgərlərimizin yanındadır. Ona görə vətənpərvər ruhlu layihələr yenə olacaq. Haqqımda ölüm xəbəri, şər-böhtan, təxribat xarakterli xəbərləri yayan, yazan, danışan və bununla qalmaqal yaradıb gündəmə gəlmək istəyən insanlara demək istəyirəm ki, hal-hazırda çox məşğulam. Sizə cavab verəcək zamanım heç yoxdur. Bir az xətdə qalın...”.

Aygün Kazımova yaxın günlərdə “Əsgər marşı” mahnısına yeni klip çəkilişlərinə başlayacağını da deyib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm