Dünya şöhrətli bəstəkar: “Fikrim onların yanındadır”
Bizi izləyin

Magazin1

Dünya şöhrətli bəstəkar: “Fikrim onların yanındadır”

Məşhur fransız bəstəkar Pyer Tilloy son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginliklə bağlı açıqlama verib.

Publika.az məlumat verir ki, o son günlər baş verənlərdən narahat olduğunu deyib: “Mənim fikrim öz doğma yurduna qayıda bilməyən, yaxınlarını itirən, əcdadlarının torpağında sərbəst gəzə bilməyən, qaçqın düşərgələrində yaşayan, torpaqlarını yalnız uzaqdan seyr edən, həyatdan həzz ala bilməyən, hər gün Qarabağ həsrəti ilə yaşayan Azərbaycan xalqının yanındadır”.

Pyer Tilloy Xocalı faciəsi ilə bağlı yazdığı əsərdən də danışıb: “Artıq uzun müddətdir ki, incəsənət, xüsusilə musiqi vasitəsi ilə bu münaqişə haqqında məlumatımı artırmağa çalışıram. Mənim bəstələdiyim “XOCALI 613” əsəri elə bir ruhdadır ki, bu, qurbanların xatirəsinə aid əbədi duadır. Xocalı qurbanları heç zaman unudulmayacaq!”

O, Ermənistan hökumətini BMT-nin qətnamələrinə əməl etməyə çağırıb: “Məsələyə siyasi aspektdən yanaşsaq, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrində (822, 854, 874 və 884 saylı) tələb olunduğu kimi Ermənistanın hərbi qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən tam şəkildə və qeyd-şərtsiz çıxarılmalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm