Əməkdar artist ağır vəziyyətdə: "Gözüm tutulub, ayaqlarıma da qan işləmir"
Bizi izləyin

Magazin1

Əməkdar artist ağır vəziyyətdə: "Gözüm tutulub, ayaqlarıma da qan işləmir"

Əməkdar artist, tanınmış müğənni Kəmalə Rəhimli səhhəti ilə bağlı problemlər yaşayır.

Bu barədə Publika.az-a müğənni özü açıqlama verib: “45 ildir ki, bu sənətdəyəm, səhnədə canımı qoymuşam. İllər boyu rayonlara qastrollara gedirdim, qarda-yağışda, günün altında kolxozçular qarşısında konsertlər verirdim. Axırda da səhhətimə ziyan vurdum, xəstə düşdüm. Gözümün biri tutulub, ayaqlarıma qan işləmir. Qaraciyərimdə, ürəyimdə ciddi problemlər var. Həkim müalicə təyin edib, xəstəxanada qala bilmədiyim üçün evdə müalicə olunacağam. Diabet də bir yandan mənə əziyyət verir. Şəkərim qalxan kimi göz təzyiqim yüksəlir. Təzyiq də gözlərimin damarlarını partladır. Xəstəlik məni lap əldən salıb”.

Əməkdar artist xəstəliyi üzündən efirlərə də çıxa bilmədiyini deyib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm