• USD 1,7000 0,00% EUR 1,9775 -0,31%
    • GBP 2,1708 +0,08% RUB 0,0217 -1,84%

Əməkdar artistdən ETİRAF: “Subay olanda anama demişdim ki…”

  • Magazin1
  • 21 Aprel 2016 15:15
  • 1 729 Baxış
Əməkdar artistdən ETİRAF: “Subay olanda anama demişdim ki…”

“Həyatda sakit qaynanayam, çalışıram gəlinimlə qızım kimi rəftar edim. Elə serialda oynadığım qaynana obrazı da belədir”.

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Hicran Nəsirova ATV kanalında yayımlanan “Vicdan haqqı” serialında oynadığı yeni rolundan danışıb: “Hər kəs məni danlayır ki, “Vicdan haqqı” serialında bir gəlini o birindən üstün tuturam. Əslində, belə deyil. Çalışıram təmkinli qaynana obrazı yaradım, ailədə sakitlik olsun. Çünki özüm də qaynanayam, istəmərəm evimdə söz-söhbət olsun. Hələ subay qız olanda, anama demişdim ki, gəlin yad evdən gəlib, onu yola vermək lazımdır. Mən də ailə qurandan sonra çalışdım ki, gəlinimlə aramızda pərdə götürülməsin. O da bir ananın qızıdır, niyə incidim ki? Səhvi də olanda üzünə deyirəm”.

Cəvahir

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR