Roza Zərgərlinin Habil Əliyevlə dueti
Bizi izləyin

Magazin1

Roza Zərgərlinin Habil Əliyevlə dueti

Tanınmış müğənni Roza Zərgərli aparıcısı və müəllifi olduğu “Bakı vaxtı ilə” verilişində kamança ifaçısı Habil Əliyevlə virtual duet ifa edib.

Publika.az-ın məlumatına görə, ifaçı vaxtı ilə xalq artistinin repertuarında yer alan “Kamançı” adlı türk mahnısını oxuyub. H.Əliyev yaradıcılığına həsr olunan verilişdə sənətkarın yaxınları, sənət dostları ustadı anaraq, onunla bağlı xoş xatirələrini bölüşüblər. Xalq artistinin oğlu Rəvan Habiloğlunun sözlərinə görə, atasının xatirəsinə həsr olunmuş veriliş onun üçün sürpriz olub: “Roza xanımla atamın virtual duetini çox bəyəndim. Bu günə qədər bir çox sənətçilər atamla duet ifa etmişdilər. Amma onların içində bəyəndiyim Roza xanımla olan duet oldu”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm