Oksanadan şad xəbər
Bizi izləyin

Magazin1

Oksanadan şad xəbər

Rəqqasə Oksana Rəsulova yeni studiya açıb.

Publika.az xəbər verir ki, “Сhandramukhi” adlı qrup yaradan sənətçi konkurs elan edib. Bunu Oksana özü deyib: “Qrupa 5-10 yaş arası uşaqlar, 15-35 yaş arası gənclər qatıla bilər. Təhsil 1 illikdir. Eyni zamanda “Hind musiqisi sevənlər” adlı qrup da yaradılacaq. Burada milli rəqslə, yoqa, “belly dance” və “hiphop dance” ilə məşğul olmaq mümkündür. Müraciətlər iyunun 25-nə kimi qəbul olunur. Studiyamızda bəy-gəlin rəqsi öyrədilir, foto və video çəkilişlər, hind geyimlərinin kirayəsi də mükündür”.

Hazırda Hindistanda olan Oksana Bakıya qayıdan kimi maraqlı layihə təqdim edəcəyini bildirib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm