Aparıcı Nanənin dəbdəbəli saç düzümləri - FOTOLAR
Bizi izləyin

Magazin1

Aparıcı Nanənin dəbdəbəli saç düzümləri - FOTOLAR

Tanınmış aparıcı Nanə Ağamalıyeva artıq uzun illərdir ki, şou-biznes aləmindədir. Aparıcı məşhurluğunun ilk illərində eyni saç düzümündə gəzirdi. Tanınmış stilistlər, hətta aparıcının pərəstişkarları uzun müddət eyni saç düzümündə gəzdiyinə görə, onu kəskin tənqid edirdi. Yaxşı ki, aparıcı tənqidləri nəzərə alaraq saç stilində dəyişikliklər etməyə başladı. Artıq onu olduqca dəbli saç modellərində görürük.

Nanə Ağamalıyevanın saç stili də qadınlar tərəfindən çox bəyənilir. Aparıcının saç stili instaqramda xüsusi ilə gənc qızların diqqətini çəkir. Gənc qızlar saç rəngini dəyişmək istəyəndə və ya dəblə ayaqlaşmaq həvəsinə düşəndə aparıcının saç stillərindən ilham alırlar. Məsələn, bu yaxınlarda ombre dəbi ilə ayaqlaşan aparıcı möhtəşəm saçı ilə bir daha diqqəti özünə yönəldə bildi. Uzun qəhvəyi saçlarının ucunu açıq tonlarla boyamağa qərar verən aparıcı mükəmməl görüntüyə qovuşub.

Aparıcı trendləri yaxından təqib etsə də, özünə yaraşan tərzdən vaz keçmir. Saçlarının rəngini tez-tez dəyişməyi xoşlayan aparıcı uzun saçı ilə vidalaşmaq niyyətində deyil. Lakin etiraf etmək lazımdır ki, uzun və düz saçlar aparıcıya çox yaraşır. Bu saç düzümü onu daha cazibədar və seksual göstərir. Əslində ulduza qısa saçdan başqa, demək olar ki, bütün saç stilləri (toppuz, yandan ayrılmış, hörük və s.) yaraşır.

Nanə Ağamalıyeva adətən romantik saç modellərinə üstünlük verir. Bu baxımdan aparıcının saç düzümlərinin retro stilə yaxın olduğunu əminliklə deyə bilərik. Aparıcı hərdən saçlarını geyiminə uyğun olaraq dağınıq şəkildə toplayır, bəzən hörür, bəzən xəfif dalğalı edir, bəzən də toppuz yığır. Yeri gəlmişkən, qeyd edək ki, toppuz saç düzümü aparıcıya qeyri-adi füsunkarlıq bəxş edir. O, saçına taxdığı zərif aksessuar seçimi ilə də bir çoxlarının rəğbətini toplayır.

Nanə Ağamalıyeva adətən qara və kürən çalarlara üstünlük verir. Buna baxmayaraq, aparıcının qarabuğdayı dərisi digər saç rənglərinin, hətta sarı tonlarının da ona yaraşdığını deməyə əsas verir. Ancaq ulduz hələlik buna cəsarət etmir. Bəlkə də gələcəkdə onu daha fərqli saç rənglərində görmək mümkün olar.

Publika.az Nanə Ağamalıyevanın saç düzümlərinə aid bir neçə nümunə təqdim edir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm