Təzə evlənən müğənni: “Bu, çox özəl məsələdir”
Bizi izləyin

Magazin1

Təzə evlənən müğənni: “Bu, çox özəl məsələdir”

Bu yaxınlarda keçmiş millət vəkili Sabir Rüstəmxanlının qızı Aydanla ailə quran müğənni Elçin Cəfərov tədbirlərdən birində jurnalistlərin suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, müğənni şəxsi həyatı ilə gündəmə gəlmək istəmədiyini bildirib: “Müğənni tez-tez efirlərdə görünməlidir. Bu, normal haldır. Əlbəttə ki, gələcəkdə xanımımla birlikdə müəyyən tədbirlərdə birlikdə iştirak edəcəyik, lakin ikimizin daim diqqət mərkəzində olmasını xoşlamıram”.

Müğənni bal ayına haraya gedəcəyinə də münasibət bildirib: “Bu, çox özəl məsələdir, açıqlaya bilmərəm”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm