81 yaşlı aktyorun səhhəti pisləşdi
Bizi izləyin

Magazin1

81 yaşlı aktyorun səhhəti pisləşdi

Ömrünün 40 ildən çoxunu Azərbaycan teatrında çalışmış, əməkdar artist, 81 yaşlı Məcnun Hacıbəyovun səhhətində problem yaranıb.


O, ürək xəstəliyindən şikayət edir. “Mənim ürəyim xəstədir, dərman atıram, ürəyimdən o qədər də narazı deyiləm, ancaq arada özümü pis hiss edirəm”, - deyə Məcnun Hacıbəyov bildirib.

Məcnun Hacıbəyov 2010-cu ildə işlədiyi Azərbaycan Dövlət Dram Teatrından küsərək doğulduğu İkinci Nüqədi kəndinə qayıdıb və həmin vaxtdan Nüqədi kəndində yaşayır.

Əməkdar artist bizimlə söhbətində ulu babası ilə bağlı indiyə qədər heç yerdə açıqlamadığı maraqlı bir faktı da dedi.

“Mənim 7-ci babam - Valey gürcü olub. Bizim nəsil gürcü əsillidi. Onlar Gürcüstandan Azərbaycana gəliblər. Babam bir lal qızla ailə qurub və islamı qəbul edib. O, daş alveri ilə məşğul olub", - deyə aktyor bildiib.(anspress)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm