Azərbaycan “Eurovision”-da 12 balı hansı ölkəyə verəcək?
Bizi izləyin

Magazin1

Azərbaycan “Eurovision”-da 12 balı hansı ölkəyə verəcək?

“Eurovision”nın rəsmi fan-klubu (OGAE) müxtəlif ölkələrdə keçirdiyi səsvermənin nəticələrini açıqlamağa davam edir. Bu səsvermə final nəticələri haqda ilk təsəvvürü yaradır.

Publika.az xəbər verir ki, təşkilatın Azərbaycan nümayəndəliyi də nəticələrini elan edib. Belə ki, fan-klub üzvləri ən yüksək xalı - 12 balı "You are the only one" mahnısını ifa edən Rusiya təmsilçisi Sergey Lazarevə verib. Digər yerlər isə belədir:

Rusiya- 12 bal

Fransa- 10 bal

İtaliya - 8 bal

Avstraliya- 7 bal

Bolqarıstan – 6 bal

Avstriya – 5 bal

Almaniya-4 bal

Estoniya- 3 bal

Latviya - 2 bal

Serbiya – 1 bal

Sözügedən klub 40-dan çox ölkədə fəaliyyət göstərir. Ümumi səsvermədə Fransa, Rusiya, Avstraliya, Bolqarıstan, İtaliya liderdir. Azərbaycan isə Ermənistan və Gürcüstanı qabaqlamaqla 17-ci yerdə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm