Xalq artisti biabır elədi: “Elə bil seks-parad idi, lütlənib çıxmışdılar”
Bizi izləyin

Magazin1

Xalq artisti biabır elədi: “Elə bil seks-parad idi, lütlənib çıxmışdılar”

Stokholmda keçirilən “Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalında Ermənistanı təmsil edən ifaçı İveta Mukuçyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını yarışmanın keçirdiyi məkana gətirərək, Avropa Yayımları Birliyinin qaydalarını pozması xalq artisti Mübariz Tağıyevi qəzəbləndirib.

Publika.az-a açıqlama verən xalq artisti ermənilərin bununla heç nəyə nail ola bilməyəcəklərini deyib: “Orda tullanıb-düşməklə deyil, onsuz da bütün dünya ermənilərin hansı xislətə malik olduqlarını bilir. Azərbaycanın da dünya arenasında hansı pillədə dayanması bəllidir. Onlar yüz elə bayraq qaldırsalar da, heç nəyə nail ola bilməyəcəklər. Dağlıq Qarabağ nə vaxtdan onların olub ki, indi də qondarma bayraqlarını da qaldırsınlar. Oxuyanları da nə gündəydi? Elə bil seks-parad idi, lütlənib çıxmışdılar. Çimərlik paltarı onların geyimlərinin yanında toya getməli idi. Elə bil əndam yarışmasıdır. Amma avropalını əndamla təəccübləndirmək olmur”.

Sənətçi Səmra Rəhimlinin də ifasına münasibət bildirib: “Əslində, bu dəfəki yarışmada mükəmməl ifa və səslər görmədim. Sanki özfəaliyyət dərnəyindən gəlmişdilər. Bəyəndiyim rus, macar müğənnilərinin çıxışları oldu. Amma Səmranı ilk beşlikdə görürəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm