Dünya ulduzları Kristian Diorun malikanəsində - FOTOLAR
Bizi izləyin

Magazin1

Dünya ulduzları Kristian Diorun malikanəsində - FOTOLAR

Əfsanəvi dizayner Kristian Diora məxsus “La Colle Noire” qəsrinin açılış mərasimi baş tutub.

Publika.az xəbər verir ki, Fransanın Qrass şəhərində yerləşən qəsrdə təşkil edilən təntənəli şam yeməyində 250-dən çox qonaq iştirak edib.

“LVMH” holdinqinin prezidenti Bernar Arno, “Parfums Christian Dior”un icraçı direktoru Klod Martines, “J'adore” ətirinin siması Şarlz Teron, Bella Hadid və digər məşhurlar da qonaqlar arasında olub.

Şam yeməyini “Mişlen” ulduzlu aşpaz Filipp Labbe hazırlayıb.

Kristian Diorun 1957-ci ildə aldığı qəsrin geniş bağında “Dior” ətirlərinin notları olan qızılgüllər, zeytun ağacları, üzüm, lavanda və digər bitkilər yetişir. “Dior” brendi bu yaxınlarda qəsrin təmirini başa çatdırmışdı.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm