Əri erməni olan rus müğənni: "Ən böyük favoritim Azərbaycandır"
Bizi izləyin

Magazin1

Əri erməni olan rus müğənni: "Ən böyük favoritim Azərbaycandır"

Kanal S (Region TV) xəbər verir ki, "Eurovision" mahnı yarışının qaydalarını pozaraq, tərəf nümayiş etdirən münsiflər heyətinin Rusiyadan olan nümayəndəsi Anastasiya Stotskaya öz səhvindən danışıb.

O, Region TV-nin "Günün ardınca" verilişinə açıqlamasında bunları zarafat zamanı dediyini bildirib:

"Bunlar hamısı qeyri-rəsmi söhbət zamanı olub. Biz öz aramızda zarafat edirdik. Və mən bu sözü ona görə işlətmədim ki, mənim ərim ermənidir. Ona görə dedim ki, həmin iştirakçı yarışın favoritlərindən biridir. Amma sözün düzü, mənim üçün ən böyük favorit Azərbaycanın nümayəndəsidir. Ümumiyyətlə, kim mənim xoşuma gəlirsə, mən ona azarkeşlik edirəm. Yəni, Azərbaycan, Ermənistan və Avstriya təmsilçilərinə azarkeşlik edirəm. Və əlbəttə ki, Seryojanı da dəstəkləyirəm. Çünki bizim ölkəni təmsil edir. Mən ona daha çox azarkeşlik edirəm. Avropa Yayım Birliyi mənim bu açıqlamamı normal qəbul edib. İnsanların sakitləşməsi və mənə təzyiq göstərilməməsi üçün məni münsiflər heyətindən kənarlaşdıra bilərdilər. Lakin təəssüflər olsun ki, insanlar hələ də sakitləşməyiblər. Ümid edirəm ki, onlar bir-iki günə sakitləşərlər. Mən bunun üzərindən heç bir təbliğat da aparmıram və heç bu mənə lazım da deyil. Bu məsələ ilə bağlı olan bütün söz-söhbətin bitməsini istəyirəm. İlk olaraq, o müğənni mənim xoşuma gəldi. Əlavə olaraq mən dedim ki, mənim ərim də ermənidir. Ancaq ərimin erməni olması o demək deyil ki, mən ermənilərə həmişə azarkeşlik edirəm. Mən obyektiv insanam. Siyasətdən uzağam və bu məsələlərdən anlayışım yoxdur. Mənim üçün sadəcə musiqi, istedadlı insanlar və sevgi var. Mənim həyatımı bunlar idarə edir. İnsanların mənə təzyiq göstərməsi mənin əlimdən olanları ala bilməz. Mən ümid edirəm ki, bu söz-söhbətə tezliklə son qoyulacaq".

Qeyd edək ki, rusiyalı münsif Anastasiya Stotskaya "Periscope" səhifəsində Avropa Yayım Birliyinin qaydalarını pozub. Rusiyalı münsif Ermənistan təmsilçisi İvetı Mukuçyanın çıxışı zamanı: "Mənim ərim erməni olduğun üçün mən Ermənistana səs verəcəm", - deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm