AYB-dən “bayraq” məsələsi ilə bağlı – RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Magazin1

AYB-dən “bayraq” məsələsi ilə bağlı – RƏSMİ AÇIQLAMA

Avropa Yayım Birliyi (AYB) “bayraq” məsələsi ilə bağlı rəsmi açıqlama verib.

Açıqlamada deyilir ki, Avropa Yayım Birliyi (AYB) və Avroviziya Mahnı Müsabiqəsini idarə edən Rəy Qrupu mayın 10-da keçirilən yarımfinal mərhələsinin canlı yayımı zamanı “Green Room”-da qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağının nümayişini kəskin şəkildə pisləyir və bu hadisənin yarışmanın imicinə zərər vurduğunu hesab edir.

Rəy Qrupu qaydalara əsaslanaraq Ermənistan yayımçısı AMP TV-yə qarşı sanksiya tətbiq edilməsinı qərara alıb. Sanksiyanın hansı şəkildə olması isə Rəy Qrupunun iyunda keçiriləcək iclası zamanı müəyyən ediləcək.

“Dağlıq-Qarabağdakı vəziyyətin, Azərbaycan və Ermənistan arasında olan gərgin münasibətlərin fərqindəyik. Biz “mübahisəli ərazinin bayrağının canlı yayımda nümayişini” şouda təşkilat, institut, siyasi məsələ, şirkət, brend, məhsul və xidmətin təbliğatını qadağan edən 1.2.2h saylı Qaydanın ciddi pozulması hesab edirik”, bəyanatda belə deyilir.

Bundan əlavə, AYB Ermənistan nümayəndə heyətinin qaydaları pozmasına güzəştə getməyəcəyini deyib.

Rəy Qrupu qeyd edib ki, müsabiqənin sonuna qədər bir daha qayda pozuntusu baş verərsə, bu, həmin ölkənin “Eurovision”dan diskvalifikasiya (uzaqlaşdırılmasına) edilməsinə gətirib çıxara bilər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm