Aşıqlar arasında “nömrə 1” DAVASI
Bizi izləyin

Magazin1

Aşıqlar arasında “nömrə 1” DAVASI

Aşıq Əli Tapdıqoğlu və aşıq Samirə duet hazırlayır.

Bu barədə Publika.az-a Aşıq Əli məlumat verib. Mahnının adını açıqlamayan aşıq bunları qeyd edib: “Hər kəsin dinləyib zövq ala bilcəyi bir duet ərsəyə gəlir. Bu qənaətə gəldik ki, duet hazır olana qədər, adını bəlli etməyək. Samirə xanımla bir çox tədbirlərdə, konsertlərdə birgə çıxış edirik. Canlı ifalarımız çox olub. Bunu nəzərə alaraq, bir neçə duet yazdırmaq qərarına gəldik”.

Aşıq Əli onun aşıqlar arasında “nömrə 1” olması ilə bağlı canlı efirdə səslənən fikrə də aydınlıq gətirib: “Bu ifadəni çox eşidirəm. Amma özüm-özümə “nömrə 1” demirəm. Mənə də, maraqlı olardı ki, ictimaiyyət arasında sorğu aparılsın və kimin 1-ci olduğunu onlar müəyyən etsin”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm