Magazin1
Orxan Zeynallının “Qravitasiya” konserti baş tutdu – FOTOLAR
Ötən gün Azərbaycanın tanınmış rep-ifaçısı Orxan Zeynallının (Aid) "Qravitasiya" adlı solo konserti baş tutub. Publika.az xəbər verir ki, konsertdə reper yeni albomundakı və digər köhnə mahnılarını canlı orkestrın müşayiəti ilə səsləndirib.
Konsertin aparıcısı Elvin Mərdanov olub. Azərbaycanlı reper PROMETE isə konsertin texniki direktoru olub. Qeyd edək ki, əvvəllər onlar H.O.S.T qrupunun solistləri olub. Konserti tanınmış vokalist Tomris açıb. Onun çıxışından sonra gecənin əsas səbəbkarı olan Orxan Zeynallı tamaşaçıları daha çox intizarda saxlamayaraq gurultulu alqışların sədaları altında səhnəyə çıxıb. Konsert iki mərhələli baş tutub. O.Zeynallı konsertin ilk yarısında ancaq sakit və yeni albomdan olan mahnılarını ifa edib.
Reper çıxışlarından əlavə, pərəstişkarları ilə
ünsiyyətə də böyük yer verib. Orxan Zeynallı tamaşaçılara müraciət
edərək "Dostlar, mən rep oxuyacağam, siz isə nəqarətləri
səsləndirin, çünki mən tək oxumağı sevmirəm” deyə bildirib.
Tamaşaçılarla tez-tez zarafat edən ifaçı həmçinin onu da bildirib
ki, səhnədə qeyri-ciddi görünə bilər, amma o mahnıların mətnlərinin
yazılması zamanı çox ciddi olur.
O, konsertdə nəinki yeni kompozisiyalarını ifa edib, həm də qonaqlarına nostalji anlar yaşadıb. Belə ki, konsertin ikinci yarısında Orxan Zeynallı ən çox sevilən köhnə mahnılarını da yada salıb. Tamaşaçılar bu mahnılara biganə qalmayıb reperin sevilən hitlərini onunla birlikdə ayaqüstə oxuyublar. Reper məhəbbət haqqında yazılmış köhnə mahnılarını oxuyanda çoxlarının göz yaşlarına hakim ola bilməməsi də diqqətdən qaçmayıb.
Konsertdə reper pərəstişkarlarını yeni klipi ilə sevindirib. Gecənin qonaqları aktyor və teleaparıcı Şəhriyar Əbilov, Xose Bernardo, Fərda və Elmir olub. Sonda isə Orxan Zeynallının "Qravitasiya" adlı albomunun təqdimatı keçirilib, daha sonra reper pərəstişkarlarına avtoqraf paylayıb.
Aytən
Fotolar: Elçin Quliyev və Vüsal Orucov
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!