Polad Bülbüloğlunun Moskvada heykəli ucaldıldı – FOTOLAR
Bizi izləyin

Magazin1

Polad Bülbüloğlunun Moskvada heykəli ucaldıldı – FOTOLAR

Xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun Moskvada heykəli ucaldılıb.

Publika.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran məlumat verib. O bildirib ki, mayın 17-də P.Bülbüloğlunun heykəlinin açılış mərasimi olub: “Heykəl Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Rusiya Federasiyasının Rəssamlıq Akademiyasında ucaldılıb. Onun yaradıcısı Rusiya Rəssamlıq Akademiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri, dünya şöhrətli heykəltəraş, xalq rəssamı Zurab Tseretelidir.

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Moskva Dövlət Humanitar İqtisad Universitetinin rektoru Vaqif Bayramov, Rusiyanın və Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Rusiya Federasiyasında akkreditasiya olunmuş bir çox xarici ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri də iştirak ediblər.

Tədbirdə xalq artisti Polad Bülbüloğlunun oğlu 15 yaşlı Murtuza Bülbül hər kəsi təəccübləndirib. O, atasının mahnılarından ibarət popurini səsləndirən orkestrə dirijorluq edib. Sonra isə Polad Bülbüloğlu bir neçə təkrarolunmaz gözəl mahnısını ifa edib”.

Xalq artisti Polad Bülbüloğlu Rusiya Federasiyasının Rəssamlıq Akademiyasında heykəli qoyulan ilk və azərbaycanlıdır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm