Magazin1
“O zəngdən sonra İlhamənin ürəyi partlayıb öldü” - DAYISI OĞLU
Mərhum xalq artisti İlhamə Quliyevanın dayısı oğlu Eldar İsmayılov müsahibə verib.
Publika.az lent.az-a istinadən həmin müsahibəni təqdim edir:
- Xalq artisti İlhamə Quliyevanın vəfatından sonra
xoşagəlməz söhbətlər ortaya çıxdı. Ölümündən sonra oğlu Orxan
Nadirovla da bağlı bir çox iddialar oldu. Elə bir neçə gün öncə
əməkdar artist Firuzə İbadova iddia etdi ki, Orxan ona pul
“atıb”.
- Müsahibəyə başlamazdan öncə onu deyim ki, Orxan İlhamə xanımın
nə oğlu, nə də oğulluğudur. O nəinki Firuzə xanıma, başqa şəxslərə
də pul borcludur. Hətta bir müddət öncə Təzə Pir məscidindən mənə
zəng etmişdilər ki, Orxan bizə 2 min manat pul borcudur.
- Orxanla bağlı sizə çox müraciətlər olur?
- Əlbəttə, narazılıqlar var. Mənə Orxan barəsində sual verirlər.
Adamlar məndən soruşurlar ki, Orxana münasibətiniz? Orxan İlhamənin
xalası nəvəsidir. Mənim ona münasibətim necə olacaq? Mənim 67, onun
30 yaşı var. O yaşda mənim nəvəm var.
Firuzə xanım Orxana pul verməyə görə qızıllarını banka qoyub.
Firuzə xanım məndən də gözəl bilir ki, Orxanın kimə borcu var.
Gəlin belə danışaq, siz jurnalistsiniz, yəni işiniz bəllidir. Amma
Orxanının hansı peşəyə sahib olduğunu soruşan olub? Onun sənəti,
təhsili, heç sürücülük vəsiqəsi də yoxdur. Belə baxanda normal
adama oxşayır, amma heç bir sənətin sahibi deyil. Mənə zəng edib
deyirlər ki, Orxan hüquqşünasdır, yoxsa iqtisadiyyatla məşğuldur?
Amma mənə elə gəlir ki, Orxan dələduzluğu özünə peşə seçib.
Dələduzluğun axırı da bax belə olur. Şəxsən Orxanın kimlərdənsə pul
alıb verməyi mənim nəslimə böyük zərbədir. Mən hər zaman İlhaməyə
görə Orxana kömək olmuşam. Orxanın anası hər zaman mənlə
məsləhətləşərdi, atası isə məni böyük kimi qəbul edərdi. Amma sonra
gördüm ki, bunlar artıq heç kimi saymırlar. Nə düşünürlər, onu da
edirlər. Artıq Orxan barəsində danışmağa həvəsim də yoxdur. Bu adam
mənim çox istədiyim bibimin nəvəsidir.
- Vida mərasimində sizi İlhamə xanımın qardaşı kimi
təqdim edirdilər...
- İlhamə xanımla bir-birimizə qardaş deyirdik. O mənim bibim
qızı olsa da, onu bacım kimi çox istəyirdim. Xarakteri kişi kimi
idi. Çox təəssüflər ki, İlhamə xəcalət çəkə-çəkə öldü. İlhaməni
ətrafı öldürdü. Hansı ki, İlhamə onları heç zaman yaxınına
buraxmırdı.
- Xalq artistinin mirası da müzakirə
mövzusudur.
- Ölkəmizin qanunları var. Bu, bizlik deyil. Lazımı qurumlar bu
işi aydınlaşdıracaq. Miras məsələsinə gəldikdə isə İlhamə xanımın
iki bacısı var. Bunlardan biri Quliyeva Gülbahar Məzahir qızı,
digəri İradə Məzahirqızıdır.
- Sizcə İlhamə xanımın mirasında kim
maraqlıdır?
- Onun ölməyini heç kim istəmirdi. Sualı düz demədiniz, elə
soruşdunuz ki, elə bil hamı oturub İlhamənin ölümünü gözləyirmiş
ki, mirası ələ keçirsin. Mənim ağlıma gəlməzdi ki, İlhamə xanım bu
tezliklə dünyasını dəyişsin. Düşünürdüm ki, hələ 15-20 il
yaşayacaq. O gün efirə baxıram, müğənni Nadir Qafarzadə deyir ki,
yetimin malını yemək olmaz. Onun bu fikirlərinə qarşı çıxıram.
Kimdir yetim? Orxan yetim deyil. Atası da var, anası da. Yetim
İlhamə idi. Nə atası, nə anası, nə uşağı, nə də ailəsi var idi.
İlhamə xanımın sağlığında tez-tez yanına gedirdim. Gərək açıq
danışasan, o adam nə bacı gördü, nə də kimlərdənsə qayğı. Sənət
adamı idi, ancaq xalqa xidmət edirdi.
- Müğənni Əli Mirəliyev mətbuatda İlhamə Quliyeva barəsində
bir çox açıqlamalar verdi. Yəqin, izləmisiniz.
- Bir söz deyim, indi siz bu müsahibəni yazacaqsınız, reaksiya
verən olacaq və qalmaqal olacaq. Amma mən bu cür şeylərdən kənar
gəzən insanam. Orxan mənə “day-day” deyirdi. Mən ona başa saldım
ki, sən bu əməllərindən əl çək. Amma məsləhətimə qulaq asmadı.
Bilirsiniz, İlhamə xanım nədən dünyasını dəyişib? Gecə ona zəng
gəlib, nəsə deyiblər, ürəyi partlayıb, ölüb.
- Sizcə, İlhamə xanımın mirası kimə
qalmalıdır?
- Şəxsən mənə İlhamə xanımın mirası lazım deyil. Mərhumənin 40
mərasimi ərəfəsində vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün
yaşadığı evin qarşısına getmişdim. Binada çalışan komendant mənə
yaxınlaşıb dedi:, “Ay Eldar müəllim, İlhamə xanımın pişiyi qapının
ağzında ac qalıb”. Mən də o pişiyi evimə gətirdim. Yəni İlhamədən
mənə yalnız pişiyi “Markis” miras qaldı. Evi, maşını və digər
mirasının kimə qalmasını isə sonda qanun deyəcək. Bildiyimiz kimi
İlhamə xanım fevralın 25-i dünyasını dəyişib. Həmin vaxtdan 6 ay
sonra mirasın kimə qaldığı bilinəcək. Həmin vaxt mirasın sahibi
bəlli olacaq. Şəxsən miras mənə maraqsızdır. Amma İlhamə ölən gün
evə gəldim ki, ölü bir yanda qalıb, bunlar mal davası
edirdilər.
- Hazırda İlhamə xanımın evində kim qalır?
- Heç kim. Evin qapıları möhürlənib.
- Orxan mətbuata açıqlamasında bildirib ki, evin və
maşının açarları ondadır.
- Ev bağlı idi, qohumlar mənə müraciət etdilər ki, cümə axşamını evdə etmək istəyirik. Mən də müraciət etdim, evin açarlarını alıb, İlhamənin bacısı Gülbahara verdik. Cümə axşamından sonra evin qapıları yenidən möhürlənib. Maşın da cərimə meydançasında saxlanılır. Yəni Orxan yalan deyir. Evin və maşının açarları onda deyil. İlhamənin bank hesabı da dondurulub.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü