Əməkdar artisti kövrəldən SƏBƏB: “Kaş ki…”
Bizi izləyin

Magazin1

Əməkdar artisti kövrəldən SƏBƏB: “Kaş ki…”

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Hicran Nəsirova keçmiş tərəf müqabillərini yada salaraq kövrəlib.

Publika.az-a açıqlama verən aktrisa vaxtilə oynadığı tamaşalardan danışıb: “Azərbaycanın ən güclü aktyorları ilə tərəf-müqabili olmuşam. Siyavuş Aslan, Yaşar Nuri, Kamal Xudaverdiyev, Mikayıl Mirzə kimi gözəl aktyorlarla eyni səhnəni paylaşmaq hər aktrisaya nəsib olmur. Tələbə vaxtı Mikayıl Mirzə ilə televiziyada şeirlər deyirdik. Sonradan onunla tamaşalarda tərəf müqabili olduq. İlahi, bu aktyor necə gözəl tərəf müqabili idi, indi onu yadıma salanda qəhərlənirəm. Adamı bir baxışdan, bir sözdən anlayırdı. Kaş sağ olaydı, yenə onunla eyni səhnəni bölüşəydim. Bu gün də gənc aktyorlarla eyni tamaşada oynayıram. Mənim üçün təbiilik istedaddan daha önəmlidir. Tərəf müqabilim səmimi olanda mən də təbii oynayıram”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm